Marko Rubiodan Abbas Əraqçıya hörmətsizlik: "Nyu-Yorku dərhal tərk edin"
ABŞ-ın İran nümayəndə heyətindən danışıqların nəticəsiz qalmasından sonra Nyu-Yorku tərk etməsini istədiyi iddia olunur.
Sitat.info xəbər verir ki, bu barədə “Axios”a danışan ABŞ rəsmisi məlumat verib.
İddialara görə, ABŞ Dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətindən Nyu-Yorku dərhal tərk etməsini istəyib.
Məlumata görə, İran nümayəndə heyəti bir neçə saat sonra hava limanına gedərək Qətərin paytaxtı Dohaya uçub.
ABŞ rəsmiləri bildiriblər ki, İranla danışıqlarda əvvəlcə müəyyən irəliləyiş gözlənilsə də, daha sonra proses dayanıb.
Danışıqlarda əsas mövzular arasında Hörmüz boğazının açılması, döyüşlərin dayandırılması və İranın nüvə proqramı ilə bağlı məsələlər olub.
Lakin İranın BMT-dəki nümayəndəliyi ABŞ-ın bu tələbi ilə bağlı xəbərləri təkzib edib.
İran tərəfi bildirib ki, nümayəndə heyəti ABŞ-dan əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq ayrılıb.
Nigar,
Sitat.info