Beyləqanda ölümlə nəticələnən yol qəzası oldu

Beyləqanda ölümlə nəticələnən yol qəzası oldu
HADİSƏ 02 Oktyabr 2026 09:40

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Sitat.info Teleqrafa istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində baş verib.

Qurbanov Mənaf Yaqub oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində onunla eyni istiqamətdə hərəkətdə olan Abdullayev Aqşin Vilayət oğlunun idarə etdiyi “Mercedes E class” markalı avtomobilin toqquşması nəticəsində Mənaf Qurbanov aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.