Şabran rayonunun, Zeyvə kəndində ağacların soyqırımı həyata keçirilir.
Sitat.info-nun oxucuları hadisə yerindən fotolar və videofaktlar göndəriblər.
Bildirirlər ki, Səmədbulaği deyilən ərazidə 50-dən çox çoxillik ağac məhv edilib.
Hətta ağaclar istifadə və satış üçün yonularaq, təmizlənib.
Fotolardan aydın görünür ki, ağaclar qurumayıb. Bu ərazinin məqsədli şəkildə kəsildiyi aydın görünür.
Kəsilən ağacların yerində nə tikiləcəyi ilə bağlı məlumat yoxdur. Lakin meşəlikdə, dağ yamacında, göz oxşayan ərazinin satılması ilə bağlı iddialar da var.
Bu acınacaqlı mənzərə xeyli suallar doğurur. Bu qədər ağaclar kəsilərkən, Ekologiya nazirliyi niyə reaksiya verməyib. Meşəbəyi hara baxır? Niyə aidiyyatı qurumlar məhz mətbuatdan xəbər tutmalıdır?
Mövzu ilə bağlı aidiyyatı dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Naiziyinin də mövqeyini dərc etməyə hazırıq.
Banu,
Sitat.info