Ruslar Kiyevin Şevçenkovski rayonunda yerləşən yaşayış binasını raketlə vurublar. Nəticədə iki nəfər xəstəxanaya yerləşdirilib, onlarla insan dağıntıla altında qalıb.
Sitat.info xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko toelegram səhifəsində məlumat verib. O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər
. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir. Xilasedicilər dağıntılar altında qalan 7 yaşlı qız uşağını son anda xilas edə biliblər.
Qızcığazı xilas etikdən 10 saniyə sonra tavan çöküb. Anasının da xilas edildiyi qeyd edilir.
Safur,
Sitat.info