İzləyicinin "keçəlsən" sözü Əməkdar artisti ağlatdı - VİDEO

11:23 26 İyun 2022

"Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanı izləyicisi göz yaşlarına boğub.

Sitat.info xəbər verir ki, "Tik-Tok" hesabında canlı yayım açan sənətçiyə Vəfa adlı izləyici "Keçəlsən" sözünü yazaraq, Tünzaləni ağladıb.

Aktrisa bu sözdən kövrələrək bu sözləri dilə gətirib:

"Vəfa, yazdığınız bu sözü görə sizi bağışlayıram. Siz nə edəsiniz ki?! Heç bir günahınız yoxdur. İlk dəfə başımı keçəl qırxdırmağa heç hazır olmadım. Məndə əvvəl həyat yoldaşım Röyal saçını qırxdı. Sonra mənim başım qırxıldı. Daha sonra qaynatam, ardından qardaşım, bacımın oğlu. Nəticədə hamımız ailəlikcə keçəl olduq. Mənə "keçəl" sözündən də pis sözlər yazıblar".

Qeyd edək ki, Tünzalə Əliyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində yenidən kimyaterapiya qəbul etdiyini, xərçəng şişinin daxili orqanlarına - ağciyər, qaraciyər və sümüyə belə yayıldığını açıqlayıb.

 

/Bizim.media



Xəbər xətti