Qara dənizin vəhşi təbiəti müharibənin amansızlığın qurbanı olub.
Rusiya-Ukrayna arasındakı müharibə ekoloji baxımdan havanı zəhərləyir. Bu da suda və quruda yaşayan canlıların tələf olmasına səbəb olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, güclü partlayışlar isə ekolokasiyadan istifadə edən heyvanların həsas olan naviqasiya sistemini məhv edir.
Bu zaman delfinlər qidalanmaq üçün şikarını tuta bilmir,aclıqdan ölürlər. Orqanizmin zəifliyi səbəbindən onlarda yoluxucu xəstəliklər aktivləşir və məhv olurlar.
Ukrayna sosial şəbəkələrində ölən delfinlərin fotosu paylaşılaraq, “Putin sudakı canlıları da məhv edir” şüarlarını yazıblar. Bu fotolar dünyada da geniş səs-küyə səbəb olub.
Səid İsaoğlu,
Sitat.info