Conson bu dövlətlərə səsləndi: “Ukraynaya hərbi dəstək verin”

14:08 26 İyun 2022

Britaniya hökuməti Ukraynaya daha 525 milyon dollar kredit zəmanəti verməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Britaniyanın baş naziri baris Conson deyib.

O, Ukraynaya hərbi yardım etmək üçün bir neçə ölkəyə çağırış edib. Boris Conson xüsusi ilə Fransa və Almaniyanı Ukraynaya daha çox hərbi dəstək verməyə çağırıb.

Bu məqsədlə Conson G7 və NATO sammitlərindən istifadə etmək niyyətindədir. Baş nazir həmkarlarına Zelenskiyə və Ukraynaya istənilən nəticəni əldə etmək imkanı vermək üçün çağırış edəcək

. Qeyd edək ki, bu gün Consonun Zelenski ilə Kraliça II Yelizaveta arasında görüş təşkil etmək niyyətində olduğu barədə məlumatlar yayılıb.

Nigar Abubzər, Sitat.info



Xəbər xətti