Rusiyadan Belarusa nüvə daşınacaq: Putin böyük müharibəyə hazırlaşır?

10:57 27 İyun 2022

Rusiya prezidenti Vladimir Putin, Rusiyanın Sankt-Peterburqdakı Konstantinovski sarayında Belarus prezidenti Aleksandr Lukaşenkonu qəbul edib. Görüşdən əvvəl jurnalistlər qarşısına çıxan iki lider təkbətək görüşərk Belarus və Rusiya arasında hərbi sahədə əməkdaşlıq məsələlərini, xüsusilə Ukraynadakı müharibəni, qlobal ərzaq böhranını, ABŞ və qərb ilə gərginliyi müzakirə ediblər.

Sitat.info xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko son vaxtlar gündəmdə olan taxıl və gübrə məsələsini müzakirə etdiklərini bildirib: "Hazırda mineral gübrələr yavaş-yavaş göndərilir. Düşünürəm ki, Ən vacib liman orada olacaq. Onda görərik ki, liman genişləndiriləcək ya yox”.

Putinlə Lukaşenkonun görüşündə ötən il iki ölkə arasında imzalanan ittifaq dövlətləri məsələsi də müzakirə edilib və Putin imzalanan sazişin indiyədək tam şəkildə həyata keçirildiyinə diqqət çəkib.

Belarus və Rusiya müdafiə nazirləri və baş qərargah rəislərinin bir araya gələrək müdafiə sahəsində araşdırmalar aparıblar.

 "Təklif edirəm ki, müdafiə nazirləri və baş qərargah rəisləri bütün detallar üzərində birlikdə çalışsınlar. Razılaşdığımız kimi. siz, gündəmə gətirdiyiniz məsələ ilə bağlı qərar verdik."İskəndər-M" taktiki raket sistemlərini bir ay ərzində Belarusa daşıyacağıq. Raketlər həm adi, həm də nüvə variantındadır"- deyə Putin bildirib.  Putin həmçinin Belarus Hərbi Hava Qüvvələrinin Su-25 qırıcılarının Rusiyadakı zavodlarında modernləşdirilməsini təklif edib.
 

Lamiyə,

Xəqani



Xəbər xətti