"İrəvan növbəti təslimçi akta imza atacaq..."

18:39 26 İyun 2022

"Ermənistan hökuməti, yəni Nikol Paşinyan Laçın şəhərini Azərbaycana verməyə məcburdur. Çünki başqa çıxış yolu yoxdur. Bu, növbəti təslimçilikdir".  

  Sitat.info Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ictimai fəalı, bloger Aşot Qorqyan deyib.  

İctimai fəal "Hayeli TV"-nin canlı yayımında bildirib ki, İrəvan növbəti təslimçi akta imza atacaq:  "Laçın şəhər mərkəzi və yaxınlıqdakı kəndlər Azərbaycana qaytarılacaq. Düz iki ildir ki, proses ona doğru gedir. İki il əvvəlki sazişdə Paşinyan belə bir öhdəlik götürüb. Rus qoşunları da bu məsələyə səsini çıxarmır. Vəziyyətlə barışmağımızı tələb edirlər".



Xəbər xətti