Peruda meymunçiçəyi aşkarlanıb.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib. Nazirin sözlərinə görə, xəstəliyə ilk yoluxma halı paytaxt Lima şəhərində qeydə alınıb.
"Yoluxan şəxs xarici ölkənin vətəndaşıdır. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə Lopes qeyd edib.
/Bizim.media