Putinin dünyaya fəlakət gətirəcək planı: Amerikalı tarixçidən SENSASİON açıqlama

12:50 27 İyun 2022

“Putin bu gün eynilə Hitlerin siyasətini davam etdirir. Putinin əsas məqsədi Ukraynanı blokadaya alıb, Avropanı asılı vəziyyətə salmaqdır. Bir sözlə, məqsəd dünyanı aclığa düçar etməkdir”.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, tarixçi Timoti Sneyder Putinlə bağlı ilginc açıqlama verib. "1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor "müstəmləkə aclığı" idi.

Bu fəlakət Hitler üçün fürsət oldu. Hitlerin müharibəyə başlamasının əsas səbəblərindən biri də bu idi. Ukraynanı fəth etmək və münbit torpaqlar üzərində nəzarəti bərqərar etmək istəyi.

Bu gün Putin də eyni siyasəti aparmağa çalışır, dünyanı asılı vəziyyətə salmq istəyir”.

Tarixçi Timoti Sneyder 2022-ci illə paralellər aparıb: "Rusiya Ukraynanı işğal etməklə yanaşı onun iqtisadiyyatını da məhv etmək etmək istəyir. Putinin əsas planı Ukraynanın ərzaq məhsullarının

ixracına mane olmaqdır. Ona görə də Ukrayna limanlarını ələ keçirməyi planlaşdırır. Ukrayna blokadada olsa, dünya acından öləcək”. Snyder əmindir ki, Putinin imperiya xəyalları uğursuz olacaq. Ukraynanın isə müharibədə qalib gəlmək üçün hər cür şansı var.

Nigar Abuzər,

Sitat.info



Xəbər xətti