NATO Avropanın şərq cinahında güclərini iki dəfə artırır. İspaniya tərəfindən gətirilən NASAMS zenit-raket kompleksinin batareyası Latviyanın Lielvarde aviabazasında yerləşdirilib.
Bu qərar Rusiyanın regiona təcavüzü ilə bağlıdır.
Sitat.info xarici mediayaya istinadən xəbər verir ki, bu barədə Latviya Milli Silahlı Qüvvələri məlumat verib. Bildirilib ki, bu, Baltikyanı regionun müdafiə qabiliyyətinin gücləndirilməsi ilə əlaqədardır: “Rusiyanın Ukraynaya hücumundan sonra Baltikyanı regionun müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı olaraq Lielvarde bazasında İspaniya tərəfindən gətirilən NASAMS zenit-raket batareyası yerləşdirilib”. \
"El Pais" xəbər verir ki, NATO-nun Madriddə iyunun 28-30-da keçiriləcək sammitində ölkələr Soyuq Müharibədən bəri Alyansın ən böyük hərbi qüvvə yerləşdirilməsi ilə bağlı qərar verə bilərlər. Jurnalistlərin fikrincə isə, sammitdə Avropanın şərq cinahında NATO qoşunlarının sayının demək olar ki, iki dəfə artırılması barədə qərar qəbul oluna bilər. Rusiyanın Ukraynaya hücumundan əvvəl bu ölkələrdə NATO əsgərlərinin 10 mindən çox deyildi.
Lamiyə Xaqan,
Sitat.info