Bu gün Moldovanın xanım prezidenti Maia Sandu Kiyevə gəlib.
Sitat.info xəbər verir ki, prezident Sandu Zelenski ilə görüşüb.
Sandu ruslar tərəfindən dağıdılmış ərazilərə baş çəkməyi planlaşdırır.
Qeyd olunur ki, o paytaxtın ətraf rayonlarına - Buça, İrpinə və Borodyankaya səfər edəcək. Bu şəhərlər Rusiyanın təcavüzündən və müharibə cinayətlərindən çox əziyyət çəkib.
Safura,
Sitat.info