G7 ölkələrinin liderləri Ukraynaya dəstək haqqında birgə bəyanat qəbul ediblər.
Sitat.info xəbər verir ki, bu bəyanatla G7 ölkələri Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
Sənəddə deyilir ki, Ukraynanın özü kənardan təzyiq olmadan sülh yolu ilə nizamlanma barədə qərar verməlidir.
Ukrayna hadisələri fonunda Böyük Yeddilik 2022-ci ildə humanitar yardım üçün 2,8 milyard dollardan çox vəsait ayrılacağını açıqlayıb.
G7 Kiyev tərəfindən hazırlanıb həyata keçiriləcək Ukraynanın beynəlxalq bərpa planını dəstəkləməyə hazırdır
G7 ölkələri Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi qərarını alqışlayırlar.
G7 üzvləri Ukrayna ilə məlumat mübadiləsi, kəşfiyyat, informasiya və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdırlar.
Lamiyə,
SİTAT.İNFO