"Rusiya hərbçilərini öldürən gürcü muzdlular məhv edilib" - Müdafiə Nazirliyi

18:38 27 İyun 2022

“Ukraynada Rusiya hərbçilərinin vəhşicəsinə qətlində iştirak edən gürcü muzdluları məhv edilib”.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya bölmələri “LXR”in Lisiçansk Neft Emalı Zavodunun üç kilometrliyində gedən döyüşlər zamanı ümumilikdə 14 əcnəbidən ibarət iki diversiya-kəşfiyyat qrupunu məhv edib.

"Birinci qrup beynəlmiləl olub və müxtəlif Avropa dövlətlərinin vətəndaşlarından ibarət olub. İkinci qrupa isə yalnız Gürcüstandan olan, qondarma gürcü legionunun tərkibində olan muzdlular daxildir",- deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov onu da bildirib ki, məhv edilən silahlılar bu ilin martında Kiyev yaxınlığında rus hərbçilərinin vəhşicəsinə işgəncə və qətlində iştirak ediblər: "Rusiya Müdafiə Nazirliyi hərbçilərimizə qarşı zorakılıq və qətl törətməkdə iştirak edən hər bir muzdlu haqqında məlumatlara malikdir. Biz onları tapıb cəzalandırdıq".



Xəbər xətti