Atası gözləri qarşısında güllələnən ukraynalı Yuri yaşadığı dəhşətdən DANIŞDI - VİDEO

19:19 27 İyun 2022

Artıq dörd aydır davam edən Rusiyanın Ukraynada apardığı müharibənin hər gün daha böyük dəhşətləri, getdikcə ağırlaşan humanitar fəlakətləri ortaya çıxır.

Bunlar arasında yetim qalan uşaqlar, başsız qalan ailələrin həyat dramı xüsusi yer tutur.

Buça sakinləri olan Neçiporenko ailəsi də onlardandır. Ailənin başçısı Ruslan sıradan bir vəkil olub, müharibə başladıqdan sonra isə işsiz qalan yaralılara, yaşlılara kömək edirmiş. Lakin Buçanın işğalı dövründə - martın 17-də gündüz vaxtı küçədə ikən rusiyalı əsgər onu güləlləyib.

Gözü qarşısında atası güllələnən Yuri deyib ki, küçədə 5-6 metr məsafədə qarşılarına çıxan əsgər onların əllərini yuxarı qaldırmalarına məhəl belə qoymayıb.

Ətraflı Baku TV-nin süjetində:



Xəbər xətti