Gəncədə qanunsuz tikinti işləri dayandırıldı - Video

14:30 28 İyun 2022

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kamil Elbrus oğlu Kərimov tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-dən Sitat.info-ya verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.



Xəbər xətti