Azərbaycanda “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis edilib.
“Sitat.info” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmanda deyilir:
“1.1. Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri”nin 2.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunla təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri”nin 2.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
2. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.