Türkiyə-İsveç-Finlandiya arasında imzalanan Birgə Momerandumda “Finlandiya və İsveçin Türkiyədə PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəyi” razılaşdırılıb
Prezident Ərdoğan, Finlandiya prezidenti Niinistö və İsveç baş naziri Andersson NATO-nun baş katibi Stoltenberqin vasitəçiliyi ilə görüşüb.
Sitat.info xəbər verir ki, dörd saat davam edən sammitdən sonra tərəflər birgə bəyanat imzalayıblar.
Stokholm və Helsinki administrasiyaları terrorçulara dəstək mövqeyindən geri çəkildikdən və bunu yazılı şəkildə bildirdikdən sonra Ərdoğan NATO üzvlüyünə yaşıl işıq yandırıb.
Dünya mətbuatı bu barədə ətraflı məqalələr yazıb. İngiltərənin "Economist" jurnalı bu yeniliyi "Ərdoğanın qələbəsi" olaraq şərh edib.
Madriddə NATO liderlərinin zirvə toplantısı öncəsi keçirilən görüşdə İsveç və Finlandiyanın öhdəliklərindən sonra Türkiyə bu iki ölkənin NATO-ya üzv olmaq müraciətinə dəstək verəcəyini açıqlayıb. Qeyd olunub ki, razılaşma ilə İsveç və Finlandiya terror təşkilatı kimi tanınan PKK ilə mübarizə aparmaq, YPG/PYD-yə dəstək verməmək barədə öhdəlik götürüb. Üçtərəfli memorandumda İsveç və Finlandiyanın "Türkiyədə YPG/PYD və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəkləri" vurğulanıb və "Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılığa gəldikləri" ifadə edilib. Bundan əlavə, “Finlandiya və İsveçin Türkiyənin deportasiya və ya ekstradisiya tələbləri ilə operativ və ətraflı şəkildə məşğul olacağı” ifadə edilərək, bu prosedurların Avropa Konvensiyasına uyğun həyata keçiriləcəyi vurğulanıb.
Lamiyə,
Sitat.info