Əli Həsənovun əlindən alınan əmlakı dövlət qurumuna verildi

14:44 29 İyun 2022

Ləğv edilmiş Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası Azərbaycan Dövlət Nəşriyyatına verilib.

“Sitat.info”nun əldə etdiyi məlumata görə, bundan sonra BMM-in binasında fəaliyyət göstərən redaksiyalar Azərbaycan Dövlət Nəşriyyatı ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Beynəlxalq Mətbuat Mərkəzi Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus idi.

 

/Unikal



Xəbər xətti