"Azərbaycan ermənilərin yeni yoldan hərbi məqsədlə istifadəsinə imkan verməz" - ŞƏRH

15:39 29 İyun 2022

Məlum olduğu kimi, Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək Həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndidir. Eyni zamanda bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək. Bəs ermənilərin yeni yoldan istifadəsinə kim nəzarət edəcək?

Bu sualı Sitat.info-ya açıqlamasında cavablandıran siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, alternativ yoldan azərbaycanlılar və ermənilər paralel şəkildə istifadə edəcəklər: "28 kilometrlik bu yol 6 kəndi birləşdirir. Bu əsasən Laçın şəhərinin taleyinin həll edilməsi ilə bağlıdır. Şəhərdən ermənilərin təmizlənməsi və sülhməramlıların oradan çıxması anlamına gəlir".

Ə.Əlibəyli vurğuladı ki, bununla sülhməramlıların patrul zonası da dəyişir: "Əlbəttə indiki şərtlər daxilində Azərbaycan ermənilərin o yoldan hərbi məqsədlə istifadə etməsinə imkan verməz. Ermənilərin hazırki narahatlığı da bununla bağlıdır".

Siyasi şərhçinin fikrincə, Azərbaycanın nəzarət etdiyi yoldan istifadə etmək əvvəlki kimi olmayacaq: "İndiki halda görünən odur ki, sülhməramlıların patrul zonası dəyişəcək. Onlar Laçın şəhərindən çıxaraq alternativ yol boyunca xidmətə cəlb olunacaqlar".

Safura,

SİTAT.İNFO



Xəbər xətti