Avropa İttifaqından Rusiyaya böyük güzəşt: Kalininqrada yük daşımağa icazə verilə bilər

01:05 30 İyun 2022

Aİ Rusiya ilə münaqişəni aradan qaldırmaq üçün Kalininqrada tranzitlə bağlı güzəştə getməyi düşünür. Bir neçə gün ərzində blok Moskva üçün müsbət qərar verə bilər.

Avropa İttifaqının rəsmiləri “Moskva ilə münaqişəni aradan qaldırmaq üçün” Litva üzərindən Rusiya Federasiyasının Kalininqrad vilayətinə tranzitin ilkin vəziyyətinə qayıtmağa hazırdır. Çox güman ki, iyulun 10-na kimi kompromis əldə olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” “Aİ-dəki müzakirələrlə birbaşa tanış olan” mənbələrə istinadən məlumat yayıb.

"Biz həqiqətlə üzləşməliyik. Putinin bizdən qat-qat çox təsir rıçaqları var. Kompromis tapmaq bizim marağımızdadır", - agentliyin həmsöhbətlərindən biri deyib.

Mənbə etiraf edir ki, son nəticə ədalətsiz görünə bilər." Əsas variantlardan biri Rusiya ilə Kalininqrad arasında malların daşınmasını Aİ sanksiyalarından azad etməkdir. "Bu normal beynəlxalq ticarət hesab olunmamalıdır. Çünki eksklav Rusiyanın bir hissəsidir."

"Bu güzəşt yalnız o şərtlə edilə bilər ki, sanksiyaya məruz qalan yüklər Kalininqradda istifadə olunsun və Rusiya Baltik Donanmasının yerləşdiyi liman vasitəsilə ixrac olunmasın. Buna zəmanət vermək çətin ola bilər və Litvanın qarşısında duran vəzifə bunu müəyyən etməkdir"

Litva Xarici İşlər Nazirliyi sanksiyaların tətbiqi ilə bağlı Avropa Komissiyası ilə məsləhətləşmələri davam etdirəcəklərini açıqlayıb. "Sanksiyalar tətbiq edilməlidir. Qəbul edilən hər hansı qərarlar Aİ-nin sanksiya siyasətinin etibarlılığını və effektivliyini sarsıtmamalıdır".

Nigar ,

SİTAT.İNFO



Xəbər xətti