Rusiya prezidenti Vladimir Putin qoşunların Ukraynadakı müharibənin gedişində “məqsədlərinə çatdığını” iddia edib.
Sitat.info RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya Federasiyasının rəhbəri qarşıdurmanın məqsədlərinin dəyişmədiyini, lakin taktikaların fərqli ola biləcəyini iddia edib.
Putin Rusiyanın Ukrayna ilə müharibədə “son” məqsədini də açıqlayıb.
“Xüsusi əməliyyatın son məqsədi Donbası qorumaq və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şərait yaratmaqdır”, -Putin deyib.
Xatırladaq ki, rus qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya daxil olub. Amerika kəşfiyyatı Rusiya Federasiyasının Ukraynanı işğal etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.
Rusiya bunu “xüsusi əməliyyat” adlandırıb.
Ləman,
SİTAT.İNFO