Zelenskidən kəskin açıqlama! Bu ölkə ilə diplomatik əlaqələri kəsdi

09:40 30 İyun 2022

Zelenski Donetsk və Luqanskla bağlı qərardan sonra  Suriya ilə əlaqələrin kəsildiyini açıqlayıb. 

Sitat.info xəbər verir ki, Suriya Ukraynanın şərqində rusiyapərəst separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıyan ilk ölkə oldu.

Bundan sonra, Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna ilə Suriya arasında artıq diplomatik münasibətlər olmayacaq və Suriyaya qarşı sanksiyalar üçün təzyiqlər “daha ​​da artırılacaq”.

Zelenski həmçinin Suriyanın bu addımını “dəyərsiz” adlandırıb.

Ləman,

SİTAT.İNFO

 



Xəbər xətti