Azərbaycan Prezidenti: "Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik"

11:30 30 İyun 2022

Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı.

Sitat.info xəbər verir ki, bu barədə iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 



Xəbər xətti