Polşa hakimiyyəti Polşa-Belarus sərhədində beş metrlik hasarın tikintisini başa çatdırıb.
Sitat.info xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə respublikanın baş naziri Mateuş Moravetski bildirib.
“Hasar, söz verdiyim kimi, yayın əvvəlində tikilib-tamamlanıb”.
Polşa hökuməti başçısının sözlərinə görə, bu hasarın görünüşü Afrika və Yaxın Şərqdə artan aclıq təhlükəsi şəraitində daha aktuallaşıb.
"Mən Aİ sammitində olarkən Cənubi Avropa ölkələrinin baş nazirləri aclıq dalğası ilə bağlı artan miqrasiya təhlükəsini vurğuladılar. Bu hasar Polşa sərhədinin təhlükəsizliyini qorumaq üçün lazımdır".
Polşa hakimiyyəti 2021-ci ildə Yaxın Şərqdən miqrant axınının kəskin artmasından sonra Belarusla sərhəddə hasar tikmək qərarına gəlib.
Hündürlüyü 5,5 m və uzunluğu 186 km olan divar Polşa tərəfindən 2022-ci il yanvarın sonunda tikilib. O, elektronika ilə təchiz olunub: kameralar, gecə görmə cihazları və sensorlar. Tikinti üçün 49 min ton poladdan istifadə olunub, 2,5 min kamera quraşdırılacaq. Sərhədçilərnin sözlərinə görə, bu maneə tikildikdən sonra, sərhədi qanunsuz keçməyə cəhdlərin sayı azalmağa başlayıb.
Martda 1,7 min, apreldə 1,1 min, may ayında isə artıq 964 olub. Ötən il ərzində ən çətin ay 2021-ci ilin oktyabr ayı olub, bu zaman xidmətlər 17,4 min pozuntunu dayandırıb. Ötən il ərzində onların 39,6 min olub.
Belarusda Polşanın hasar çəkməsinin Belovejskaya Puşça parkının unikal təbii kompleksi üçün ciddi təhlükə olduğuna inanırlar. Minskin məlumatına görə, zərər təxminən 19 milyon dollardır.
Lamiyə,
SİTAT.İNFO