Ukrayna Silahlı Qüvvələrinin İlan adasından işğalçıları necə darmadağın etməsinin videosu yayılıb.
Ukrayna müdafiəçiləri işğalçılara artilleriya, raket və hava zərbələri endiriblər.
Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı videonu özünün facebook səhifəsində paylaşıb.
Videoda ukraynalı hərbçilərin rus işğalçılarını Zmeynı adasından necə çıxardığın və hava zərblələrinin endirildiyi əks olunur.
Bildirilir ki, artilleriya atəşinə, raket və hava zərbələrinə tab gətirə bilməyən işğalçılar Zmeynı adasını tərk ediblər. O, həmçinin strateji əhəmiyyətli ərazinin azad edilməsinə kömək edən Odessa vilayətinin müdafiəçilərinə təşəkkür edib.
Safura Bənnayeva,
Sitat.info