Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvə silahı və strateji sabitlik üzrə dialoqa hazır olduğunu açıqlayıb
Rusiya lideri Putin Sankt-Peterburqda keçirilən forumda çıxışı zamanı Ukraynanı “insanlığa qarşı cinayət törətməkdə” ittiham edib.
Sitat.info xəbər verir ki, Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə ölkənin şərqində cəmləşib.
Müharibənin ilk günündən gündəmdən düşməyən İlan adası çoxsaylı qarşıdurmalara şahidlik edib.
Rusiya Qara dənizdəki bu strateji nöqtə üçün əlamətdar bir addım atıb. Moskva qüvvələrini adadan çıxardığını elan edərək bunu “xoşməramlı jest” adlandırıb.
Eyni bəyanatda vurğulanıb ki, sözügedən addım Kiyevin kənd təsərrüfatı məhsullarının ixracına icazə vermək üçün atılıb.
Mövzu ilə bağlı Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb: “İyunun 30-da xoşməramlılıq əlaməti olaraq Rusiya silahlı qüvvələri İlan adasındakı missiyasını başa vurdu və orada yerləşən qarnizonu geri çəkdi”.
Nigar Abuzər,
SİTAT.İNFO