Dünyanın gözü İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Liderlər Zirvəsindədir. Əhəmiyyətli qərarların alındığı zirvədən demək olar ki, hər dəqiqə rəngli görüntülər paylaşılır.
Sitat.info xəbər verir ki, dünən prezident Rəcəb Tayyib Ərdoğanla İngiltərə Baş naziri Boris Consonun söhbəti gündəm olub.
Prezident Ərdoğan NATO Sammitində ABŞ prezidenti Co Baydenlə danışarkən barmağını İngiltərənin baş naziri Boris Consona tuşlayıb. Conson isə Ərdoğana türkcə “Çox gözəlsən” deyib və Ərdoğan Consona eyni şəkildə cavab verəndə zalda gülüş səsi yüksəlib.
NATO Sammitinin bugünkü bağlanış sessiyasında da iki lider arasında maraqlı anlar yaşanıb. Prezident Rəcəb Tayyib Ərdoğan zala daxil olarkən Böyük Britaniyanın baş naziri Boris Consonu masa arxasında oturduğunu görəndə arxadan sakitcə yaxınlaşaraq çiynini sıxıb. Arxadan uzanan əli kimə aid olduğunu anlaya bilməyən Conson arxaya dönəndə qarşısındakı Ərdoğanı görüb və iki lider arasında əyləncəli anlar yaşanıb.
Ləman,
SİTAT.İNFO