Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
SİTAT.İNFO xəbər verir ki, sərəncama əsasən aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:
Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri
Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.