Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 iyul saat 08:00-a əsasən 353 sm təşkil edib.
Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu, 30 iyunla müqayisədə 36 sm azdır.
Qeyd olunub ki, havanın temperaturu isə 25 dərəcə təşkil edir.