Sərhədlər bu tarixədək bağlı qalacaq - RƏSMİ

16:14 1 İyul 2022

Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan, həmçinin Naxçıvanla quru sərhədlərinin bağlanması ilə bağlı məlumatlar yayılıb.

Sitat.info xəbər verir ki, Nazirlər Kabinetinin Dövlət Sərhədlərinin bağlanması ilə bağlı 20 iyun 2022-ci il tarixli qərarına əsasən quru sərhədlər daxil olmaqla 1 sentyabr 2022-ci il tarixinədək bütün sərhədlər bağlanılıb.

Qeyd edilib ki, hazırda da Dövlət Sərhəd Xidməti sərhəd buraxılışı məntəqələrində xüsusi icazələr istisna olmaq şərti ilə vətəndaşların keçidini qeyd olunan qərara əsasən tənzimləyir.



Xəbər xətti