DTX-nın saxladığı vəzifəli şəxs nazirin qohumu imiş...

19:17 1 İyul 2022

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.

SİTAT.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur. Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Sabah.az-ın məlumatına görə, əməliyyatda Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılıb.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti