Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycanla birlikdə koordinasiya edirik" - Çavuşoğlu

16:51 4 İyul 2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karnerlə birgə mətbuat konfransı keçirib.

Sitat.infi xəbər verir ki, nazir Mövlud Çavuşoğlu Ermənistanla normallaşma addımları ilə bağlı açıqlama verib.

"Biz prosesi mərhələli şəkildə davam etdirmək istəyirik. Bölgədə qalıcı sülhə ehtiyac var", - Çavuşoğlu bildirib.

Çavuşoğlu Ermənistanla etimad yaradan addımların başladığını ifadə edib: "Karqo uçuşlarının başlanması kimi bəzi addımlar atıldı. Yəni biz buna etimad addımları deyirik. Son nəticədə prosesin mərhələli şəkildə davam etməsini istəyirik. Həmişə dediyim kimi, biz hər mərhələdə Azərbaycanla məsləhətləşirik, proses onlarla birlikdədir, koordinasiya edirik”.



Xəbər xətti