Ötən gün Tokatda qızının toy dəvətnaməsini qohumlarına paylayıb evinə doğru yoxa çıxan Cəmil Yıldıran avtomobili ilə 200 metrlik uçurumdan aşağı düşüb.
Sitat.info xəbər verir ki, rayonda podratçı işləyən Cəmil Yıldıran dünən axşam saatlarında qızı Merve Yıldıranın iyulun 16-da keçiriləcək toy mərasimi üçün yaxınlarına dəvətnamə paylayıb. Bundan sonra geri qayıdan Cəmil Yıldırandan bir daha xəbər çıxmayıb. Yaxınları polisə xəbər verib. 1 gün sonra uçurumda qəzaya uğramış avtomobil tapılıb və hadisə yerində şəxsin həlak olduğu bəlli olub.
Səid,
SİTAT.İNFO