Azərbaycanda usta faciəvi şəkildə ÖLDÜ - VİDEO

21:54 5 İyul 2022

Xırdalan şəhərində binaların birində usta işləyən şəxs ehtiyatsılığın qurbanı olub. O, işlədiyi 6-ci mərtəbədən yıxılaraq ölüb.

Abşeronda usta faciəvi şəkildə dünyasını dəyişib. Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

Dünyasını dəyişən şəxs Zaqatala rayon sakini, 58 yaşlı İbrahim Həsənovdur. O, mənzilin eyvanında tikinti materialları daşıyarkən yıxılıb. Dərhal hadisə yerinə Təcili Tibbi yardım avtomobili çağrılsa da, artıq gec olub. Şahidlərin sözlərinə görə, İbrahim Həsənov ev yiyəsinin yaxını olub. Ən dəhşətlisi isə budur ki, bədbəxt hadisə baş verən zaman mərhumun qızı da elə orada olub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. 



Xəbər xətti