“12-ci imam” hakim qarşısına çıxarılır - VİDEO

10:33 6 İyul 2022

Özünü 12-ci imam kimi təqdim edərək bir qrup şəxsi aldadıb pullarını mənimsəyən Aqil Babayevlə bağlı istintaq tamamlanıb.

Sitat.info xəbər verir ki, onun dələduzluq əməlləri ilə bağlı materiallar toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Aqil Babayevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham elan olunub. Onunla bağlı istintaq 10 ay davam edib.



Xəbər xətti