Türkiyədə avtobus qəzasında 2 nəfər ölüb, 18 nəfər yaralanıb

11:19 6 İyul 2022

Türkiyədə avtobus qəzaya uğrayıb.

Sitat.info “Anadolu”ya istinadən xəbər verir ki, içərisində əkinçiliklə məşğul olan şəxslərin olduğu avtobus Konyada qəzaya düşüb.

Sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

/Apa



Xəbər xətti