"Dünyada 28 il birlikdə oxuyan duet ortaqları yoxdur. Firuzə xanımın evi yoxdur, toya gedirik, ancaq ailə dolandırırıq. Qazanc əvvəlki kimi deyil, hər şey bahalaşıb. Yanında bir qızı, bir də mənəm".
Sitat.info xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Tarixin bir günü" verilişində deyib. O, "Xalq artisti" fəxri adını ala bilmədiyinə görə kövrələrək bunları deyib:
"Firuzə İbadova sırtıq adam deyil, mən də eləyəm. Azərbaycanın o kəndi qalmayıb ki, orada kasıb toyu oxumayaq. Nazir toyu oxumuşuq, gətirib beş min veriblər, qaytarmışam. Demişəm ki, yox, biz 3500 manata gedirik, dəsti-xətti pozmayaq. Bu zəhmətin haqqı nə vaxt veriləcək? (kövrəlir). Kövrələrəm də, adam deyiləm mən?"
/Lent.az