Tikilməkdə olan Zəngilan beynəlxalq hava limanına ilk təyyarə eniş edib.
Sitat.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.
Xatırladaq ki, hava limanının təməlqoyma mərasimi 2021-ci ilin aprelində keçirilib.
Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq. Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək. Aeroportun tikintisinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.
Zəngilan beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq. 3-cü hava limanı isə Laçın rayonunun Qorçu kəndində tikilir.
/Bizim.media