Ermənistanda bank partladı: 1 nəfər ölüb

13:44 6 İyul 2022

Ermənistanda ölümlə nəticələnən partlayış olub. AzVision.az xəbər verir ki, hadisə Aştarak şəhərindəki banklardan birində baş verib. İlkin məlumata görə bankda təmizləyici işləyən Ruzanna adlı qadın ölüb. Zərərçəkənlərdən biri Armen Minasyan news.am-a açıqlamasında deyib ki, saat 09:00 radələrində arvadını banka işləməyə gətirib və binadan təzəcə çıxırmış ki, partlayış dalğası onu da tutub. Onun sözlərinə görə, ilkin ehtimal qaz sızmasıdır və partlayış zamanı binada 5-6 nəfər olub.

- Ölən qadının təxminən 60 yaşı var idi. Qalan işçilər partlayış baş verən kimi bankdan qaçıblar. Yalnız müdirin vəziyyəti ağırdır. - şahid deyib.
 



Xəbər xətti