Sumqayıt şəhərində sabiq polis serjantı Fuad Ağayev özünü asaraq intihar edib.
SİTAT.İNFO-nun xəbərinə görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən parklardan birində qeydə alınıb.
F.Ağayev səhhətində yaranmış problemlərlə bağlı bir müddət əvvəl öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.