Milli Məclisdə dəfələrlə sərhədlərin açılması ilə bağlı məsələ qaldırmış, bunun zəruri olduğunu bildirimişik.
Bu sözləri Axar.az-a açıqlamasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, qonşu ölkələrdə yaşayan həmvətənlərimiz çoxdur:
“O baxımdan da onların tək hava yolları ilə deyil, eyni zamanda quru yollarla da Vətənə gəlib-getməsi vacibdir. Həm də Azərbaycan turizm baxımından cəlbedici ölkə olduğundan turistlərin də gələ bilməsi üçün quru sərhədlərin açılması vacib məsələlərdəndir.
Onu da qeyd edim ki, nəinki quru yollar açılmalıdır, həm də məntəqələrin sayı artırılmalıdır və ayrılmalıdır. Eyni yerdən sərnişinlər də keçir, sürücülər də. Bu isə uzun növbənin yaranmasına səbəb olur”.
S.Novruzov Operativ Qərargahın yaxın günlərdə bununla bağlı müsbət qərar verəcəyinə ümid etdiyini də qeyd edib.