"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
Sitat.info xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabından paylaşım edilib.
Yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.
Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.
Xatırladaq ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.
Sorğu - Bakıda "Formula 1" yarışlarının keçirilməsindən məmnunsunuzmu?
Fikirlərinizi xəbərin paylaşıldığı feybuk səhifəsinin şərh bölməsinə yazın...