Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin görüşü üçün İndoneziyanın Bali adasına uçub.
Ehtimal ki, Moskvanın Ukraynadakı müharibəsi , böhrana necə cavab veriləcəyi ilə bağlı blok daxilindəki dərin fikir ayrılıqlarının kölgəsində qalacaq.
SİTAT.İNFO xarici mediyaya istinadən xəbər verir ki, İndoneziyadakı bu mühüm görüş, Kremlin qonşusunu işğal etməsindən və qlobal ərzaq , enerji böhranlarına səbəb olmasından sonra Rusiya nümayəndəsi ilə ilk yüksək səviyyəli görüş olacaq.
Sammitdə ABŞ dövlət katibi Antoni Blinken, Lavrov və Çinin xarici işlər naziri Vanq Yi Qərb hökumətləri arasında müharibənin ərzaq və yanacaq qiymətlərinə təsiri ilə bağlı narahatlıqlarını müzakirə edəcək. İştirakçı ölkələr BMT-ni “görünməmiş” təhlükə barədə xəbərdar edəcəklər.
Bu görüş həm də Lavrovun, müharibəni sərt tənqid edən dövlətlərdən olan həmkarları ilə ilk görüşü olacaq.
Analitiklər Ukraynadakı müharibənin necə idarə olunacağı və onun qlobal təsirləri ilə bağlı fikir ayrılıqları ilə dolu olacaq G20-nin nəyə nail ola biləcəyini, hansısa qazancın olub-olmayacağını artıq sual etməyə başlayıblar.
Digər tərəfdən, Qərb dövlət liderləri Moskvanı hərbi cinayətlərdə günahlandırıb, görünməmiş sanksiyalar tətbiq edərkən, Çin, İndoneziya, Hindistan və Cənubi Afrika kimi digər ölkələr də eyni tənqidi mövqe tutmayıb
Lavrov dünənki çıxışında dünyadakı bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çalışmağa çağırıb və "Dünya kompleks şəkildə inkişaf edir" deyib.
Həftənin əvvəlində Çin ABŞ və NATO-nu sərt şəkildə tənqid edərək, Vaşinqtonun “beynəlxalq qaydalara yalnız öz bildiyi kimi əməl etdiyini” bəyan edib.
Kritik görüşdən əvvəl danışan Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bunun "normal sammit" və ya "hər zamankı kimi iş" olmayacağını deyib.
Bəzi Qərb ölkələri G20-nin görüşlərini boykot etməklə hədələmişdilər, lakin ABŞ Dövlət Departamenti Blinkenin "tam və aktiv iştirakçı" olacağını söylədi. ABŞ və Lavrov arasında rəsmi görüş olmayacağını deyən o, Rusiyanın “diplomatiyaya ciddi yanaşmadığını” əlavə edib.
Safura Bənnayeva
SİTAT.İNFO