Elizabet Borisi Putinə satdı? ŞƏRH

18:59 7 İyul 2022

"Consonun kabinetinin, sonra da özünün istefaya getməsi ingilis kraliçası Elizabetin, rus rəhbəri Putinlə anlaşması öncəsi atılan addımdır".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, görünən tərəf odur ki, Ukrayna-Rusiya müharibəsi bitmək üzrədir: "Hesab edirəm ki, anqlosaks dünyası ilə (ABŞ, B.Britaniya), Rusiya anlaşmaq üzrədir. Anlaşma rəsmləşəndən sonra, Putin çıxış edəcək ki xüsusi əməliyyat uğurla bitdi, rus Donbası azad edildi. Lujniki meydanında da bir zəfər bayramı mitinqi keçirilib məsələ bitəcək".

Ə.Məmmədli hesab edir ki, Zelenski də hakimiyyətdən gedəcək: "Bir-iki ilə də Ukrayna xalqı ya seçkilərdə, ya da belə Zelinskini kürsüsündən edəcək. Beləliklə Ukraynada, Serbiyanın aqibətini yaşamış olacaq. Necə Serbiya Kosovanı, Ukraynada Donbası itirəcək".

NİGAR

SİTAT.İNFO



Xəbər xətti