4000-dən çox şəxs magistraturada dövlət sifarişi əsasında təhsil alacaq

17:44 8 İyul 2022

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14293 bakalavrdan 11510 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Bu barədə Sitat.info-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, qəbul olunanlardan 4043 nəfər dövlət sifarişi, 7467 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 7670 nəfər ali təhsil müəssisələrinin cari, 3840 nəfər isə əvvəlki illərin məzunudur.



Xəbər xətti