Qazi polislərin gözü qarşısında bıçaqlandı - FOTO

19:08 8 İyul 2022

Ağdam rayonunda oğlan bacısının ayrıldığı nişanlısı tərəfindən bıçaqlandığını iddia edir. 

SİTAT.İNFO xəbər verir ki, bu barədə yaralanan şəxsin qohumları məlumat veriblər. 

Bildirilib ki, rayonun Quzanlı qəsəbəsinin sakini, 1998-ci il təvəllüdlü Hökmdar Daşdəmirov bacısının ayrıldığı nişanlısı tərəfindən polislərin yanında bıçaqlanıb.

O, Vətən müharibəsi iştirakçısdır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl Ağdam rayon sakinləri, Vətən müharibəsi iştirakçısı Hökmdar Daşdəmirovla Əli Ələkbərov arasında münaqişə yaşanıb:

“Bununla əlaqədar tərəflərdən biri Ağdam Rayon Polis Şöbəsinə şikayət edib. Araşdırma məqsədilə dünən onlar Polis Şöbəsinə dəvət olunarkən Əli Ələkbərovun qardaşı Ələkbər üzərində gəzdirdiyi bıçaqla H.Daşdəmirovu vuraraq ona xəsarət yetirib. Ə.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır. Hazırda H.Daşdəmirovun səhhəti qənaətbəxşdir”.



Xəbər xətti