Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib. bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı sms məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
SİTAT.İNFO xəbər verir ki, Baş Dövət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzin Dövlət Avtomobil Müfəttişi Kamal Əhmədli "Xəzər Xəbər"ə deyib ki, sürücülər nəqliyyat vasitələrini istənilən ərazidə müayinə mərkəzlərinə təqdim edə bilərlər.
Texniki baxışa təqdim edilən avtomobildə əvvəlcə tibb çantası və yanğınsöndürən balon yoxlanılır. Daha sonra ardıcıllıqla dəm qazının miqdarı, işıq cihazı və əyləc sistemi texniki müayinədən keçirilir.
Onu da xatırladaq ki, bayram günlərində də texniki müayinə mərkəzləri səhər saat 9-dan axşam saat 6-a qədər faaliyyət göstərəcək.
Atomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq olunur.