Uşaqlar üçün ictimai nəqliyyatdan pulsuz istifadə yaşı niyə 5-ə endirilib: Sovet dövründə 7 idi

15:09 12 Fevral 2022

Azərbaycanda bəzi xüssi həssas kateqoriyaları nəzərə almasaq, hökumətin uşaqlarla bağlı sosial siyasəti əhalimni qane etmir.

SİTAT.İNFO xəbər verir ki, bir neçə ildir uşaqpulunun ləğv edilməsi, əvəzində ünvanlı sosial yardım adı ilə çoxları üçünb əlçatmaz olan bir proqramın ortaya qoyulması uşaqları bu haqdan məhrum edib. 

Nəticədə dünyada və ölkədə yaşanan iqtisadi böhranlar ailələrin gəlirlərinə təsir etdikcə, ən çox uşaqlar normal təhsil, səhiyyə və hətta normal yaşam şərtlərindən məhrum qalırlar. 

Üstəgəl son illər uşaqların  ictimai nəqliyyatdan pulsuz istifadə yaşının da 5-ə endirilib. 

Bakı Nəqliyyat Agentliyinin BakuBus avtobuslarından hər yerə elanlar yapışdırılıb ki, 5 yaşdan yuxarı uşaqlar üçün gediş haqqı ödənilməlidir. Əslində isə əvvəllər bu yaş 7 idi, sonradan 6-a endirildi. İndi isə 5-ə salınıb. 

Məlum elanı oxuyan sərnişinlər də narazılıqlarını ifadə edərək, hökumətin uşaqlarla bağlı konkret güzəştlər etməsini istəyirlər. Hətta bir sərnişin fotodan da göründüyü kimi , 5 rəqəmini 6-a dəyişib.  


Qeyd edək ki, 2017-ci ildə  Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib. Qüvvədə olan qaydaya əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır. Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır.

Dəyişikliyə əsasən, bşəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. 

Yəni şəhərdaxili (rayondaxili) avtobuslarda 5 yaşadək uşaqların ödənişsiz gedişi ilə bağlı say məhdudiyyəti qoyulmur. 



Xəbər xətti